Sabiq "Qarabağ"lı bir matç oynamadan İsrail klubuna keçdi

Sabiq "Qarabağ"lı bir matç oynamadan İsrail klubuna keçdi

Qışda "Qarabağ"ın yola saldığı Kris Kuaku yenidən komandasını dəyişib.

"Mediasport" xəbər verir ki, "Sarpsborq"dan ayrılan 26 yaşlı kotdivuarlı İsrailə yolanıb.

Afrikalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "İroni Tiberias"la 1 illik müqavilə bağlayıb.

Kuaku Norveç klubunda qışdan bu yana bir oyun keçirməyib.

O, ötən yay gəldiyi "Qarabağ"da 6 ayda 17 oyuna çıxıb 1 qol vurumuşdu.