Azərbaycan millisinin futbolçusu Bundesliqa klubuna keçdi

 Azərbaycan millisinin futbolçusu Bundesliqa klubuna keçdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva karyerasını Almaniyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, müdafiəçi "Hamburq" klubuna transfer olunub.

24 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mirzəliyevanın son komandası Rusiyanın "Zenit" klubu olub.