İki idmançımız "Mandarin Cup"da

 İki idmançımız "Mandarin Cup"da

Azərbaycanın iki yelkənçisi Türkiyənin Bodrum şəhərində keçiriləcək “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək.

"Mediasport" xəbər verir ki, yarışda ölkəmiz Nərgiz Məmmədova və Nəzrin Məmmədova ilə təmsil olunacaq.

İdmançılar yarışa türkiyəli məşqçi Mithat Can Yıldırımın başçılığı ilə qatılacaqlar.

Turnir yanvarın 13-dən 17-dək təşkil olunacaq.