Azər İlyasov Almaniyada Avropa çempionatında iştirak edəcək
Avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Azər İlyasov Almaniyanın Brandenburq şəhərində keçiriləcək U-19 Avropa çempionatında iştirak edəcək.
Bu barədə "Mediasport"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Qitə birinciliyi mayın 23-24-də təşkil olunacaq.


