İspaniya - Fransa matçında 9 qol - Hər iki finalçı müəyyənləşdi

İspaniya - Fransa matçında 9 qol - Hər iki finalçı müəyyənləşdi

UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ikinci yarımfinalda son Avropa çempionu İspaniya millisi ilə Fransa yığması qarşılaşıb.

Qapılara 9 qolun vurulduğu fantastik qarşılaşmada rəqibinə minimal fərqlə qalib gələn ispanlar adlarını finala yazdırıblar - 5:4.

Beləliklə, UEFA Millətlər Liqasının iyunun 8-də baş tutacaq finalında Portuqaliya - İspaniya dueli olacaq.

Üçüncü yer uğrunda görüşdə isə Almaniya yığması ilə Fransa millisi üz-üzə gələcək.

Qeyd edək ki, "Dördlər finalı" Almaniyada keçirilir.