Umudlu "Napoli" - "Ayntraxt" matçının baş hakimi olacaq

Umudlu "Napoli" - "Ayntraxt" matçının baş hakimi olacaq

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda iş başında olacaq.

O, "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.

Noyabrın 4-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.