"1 il davam etsə də, 100 il yaddaşlardan silinməyəcək"

"1 il davam etsə də, 100 il yaddaşlardan silinməyəcək"

"Bir futbol mövsümü daha başa çatdı. 1 il davam etsə də, 100 il yaddaşlardan silinməyəcək".

"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçə məxsusdur.

Ağdam klubunun monteneqrolu legioneri 2025/2026 mövsümünün əyləncəli, çətin və öyrədici keçdiyini vurğulayıb:

"Bu yolda mənə ciddi uğurlar qazanmaq və hər olaydan dərs çıxarmaq imkanı yaradan şəxslərə minnətdaram.

Bunlar sadəcə futbol adına deyil, gündəlik həyat üçün də önəmlidir. İndi növbə milli komandadadır".

Xatırladaq ki, "Qarabağ" 2025/2026 mövsümünü Premyer Liqada 2-ci pillədə başa vurub.

"Atlılar" növbəti sezon UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcəklər.

View this post on Instagram

A post shared by Marko Jankovic (@marko10j)