"Kəpəz" - "Qəbələ" matçında 1 dəqiqəlik sükut elan olunacaq

 "Kəpəz" - "Qəbələ" matçında 1 dəqiqəlik sükut elan olunacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlanacaq.

"Mediasport" xəbər verir ki, qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.

Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Xatırladaq ki, sentyabrın 12-də keçiriləcək matç 17:30-da start götürəcək.