“Məktəblərdə Futbol Dərsi” layihəsi bu dəfə 220 nömrəli məktəbdə

 “Məktəblərdə Futbol Dərsi” layihəsi bu dəfə 220 nömrəli məktəbdə

AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsi davam edir.

"Mediasport" xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Ziya Səfərov bu gün Nizami rayonunda yerləşən 220 nömrəli tam orta məktəbdə olublar.

AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, layihə ölkəmizdə 100-ə yaxın məktəbdə həyata keçirilir.