"Qarabağ"ın təşkilatçılığı ilə "Milli Mətbuat 150" turniri start götürdü

 "Qarabağ"ın təşkilatçılığı ilə  "Milli Mətbuat 150" turniri start götürdü

"Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Milli Mətbuat 150” minifutbol turnirinə start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə qrup matçları keçirilib.

Oyunlardan öncə rəsmi açılış mərasimi baş tutub.

Əvvəlcə şəhidlərimizin və mərhum jurnalistlərimizin ruhları bir dəqiqəlik sükutla yad olunub və ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Ağdam klubunun Baş direktoru və İdarə heyətinin üzvü Emrah Çelikel milli mətbuatımızın 150 illik yubileyi münasibətilə jurnalistlərimizi təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Turnirin qarşılaşmaları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında baş tutub.

6 görüşlə yarımfinal və finalçılar müəyyənləşib. Bu gün saat 19:00-dan etibarən mükafatlar uğrunda qarılaşmalar oynanılacaq.

"Milli mətbuat 150" turniri

20:00  Final: "J Yunayted" - "İnternasional"

20:00 3-cü yer uğrunda: "CanSports" - "Media Star"

19:00 5-ci yer uğrunda: "Futbol+" - "Qalaksi"

Turnirə 21:00-da keçiriləcək mükafatlandırma mərasimi ilə yekun vurulacaq.