Gənclər və idman naziri Bakıda Hüseyn Əl-Müsəlləmlə görüşdü

Gənclər və idman naziri Bakıda Hüseyn Əl-Müsəlləmlə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmi qəbul edib.

"Mediasport" xəbər ki, görüşdə Azərbaycanda su idman növlərinin inkişaf perspektivləri, qarşıdakı beynəlxalq yarışların təşkili və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və federasiyanın baş katibi Oqtay Atayev iştirak ediblər.