Milli komandalarımız Avstriyaya yollandı - AÇ-də mübarizə başlayır

Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə Avstriyaya yola düşüblər.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz öncə 14-17 avqustda Avstriyada keçiriləcək U-22 Avropa çempionatında mübarizə aparacaqlar.
Yığmamız 20-25 avqustda isə İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı / İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı / Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə / Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.
Qızlardan ibarət komandaya Nihad Tarverdiyev, oğlanlardan ibarət komandaya Atvars Vilde rəhbərlik edəcək.