Bölgə klubu "Benfika"nın sabiq üzvünü heyətinə qatdı - RƏSMİ

"Gəncə" Voleybol Klubu braziliyalı oyunçu transfer edib.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" "Benfika"dan Luisa Tomazı heyətinə qatıb.
Luisa 2024-25 mövsümündə Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub.
Voleybolçu karyerası ərzində Braziliya Super Liqasında da gümüş medal qazanıb.
"Milli Aviasiya Akademiyası" da Qabriela da Silvanın keçidini rəsmiləşdirib.
Braziliyalı ilə 1 illik müqavilə imzalanıb.
Da Silva ötən mövsümü "Makkabi" (Hayfa, İsrail) də keçirib.