Azərbaycanın iki güləşçisi İslam Oyunlarında finala vəsiqə qazandı

 Azərbaycanın iki güləşçisi İslam Oyunlarında finala vəsiqə qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanınüzrə iki təmsilçisi finala yüksəlib.

Qadınların mübarizəsində Jalə Əliyeva (57 kiloqram) və yunan-Roma növündə isə Murad Əhmədiyev (97 kiloqram) həlledici duelə vəsiqə əldə dib.

Elnurə Məmmədova (50 kiloqram) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, komandamızın aktivində hələlik bir medal var - yunan-Roma üzrə yığmamızın liderlərindən Həsrət Cəfərov (67 kiloqram) gümüş mükafat qazanıb.