Azərbaycan güləşçisi kəmər yarışında bürünc medal qazandı

 Azərbaycan güləşçisi kəmər yarışında bürünc medal qazandı

Bakıda Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi ilə U-17 və U-23 kateqoriyaları üzrə "Çempion" kəməri uğrunda açıq beynəlxalq çempionat keçirilib.

"Mediasport" xəbər verir ki, turnir Abşeron İdman Kompleksində baş tutub.

Sərbəst güləşçilərin mübarizəsində Şirvan güləş məktəbinin yetirməsi Rafət Zeynalzadə 17 yaş kateqoriyasında fəxri kürsüyə qalxıb.

Əməkdar idman ustası Araz Qurbanovun yetirməsi, "Neftçi" İdman Klubunun üzvü 80 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda 9 ölkənin güləşçiləri iştirak ediblər.