Yığma komandamızın Dünya Seriyası üçün heyəti açıqlandı
Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov (90 kiloqram) və Camal Feyziyev (+90 kiloqram) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda mübarizə aparacaq.
Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.
Qeyd edək ki, yarışda ədaləti Azərbaycanın I-S dərəcəli hakimi Asif Şirəliyev qoruyacaq.

