Milli komandamız Avropa Gümüş Liqası üçün Farer adalarına yollandı

 Milli komandamız Avropa Gümüş Liqası üçün Farer adalarına yollandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Farer adalarına yollanıb.

"Mediasport" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avropa Gümüş Liqasının 3-cü turunda mübarizə aparacaq.

İyunun 20-22-də baş tutacaq mərhələdə millimizin rəqibləri Farer adaları və Avstriya yığmaları olacaqlar.

Voleybolçularımız 4 turdan sonra Avropa Gümüş Liqasında 3 xalla beşinci pillədə qərarlaşıb.