Millimiz Çexiyaya yola düşdü

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, Azərbaycan mötəbər yarışda 6 idmançı ilə təmsil olunacaq.
Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında yarışacaqlar.
Turnir iyulun 11-20-si aralığında keçiriləcək.