Azərbaycan milli komandası dünya çempionatını 2 medalla başa vurdu

 Azərbaycan milli komandası dünya çempionatını 2 medalla başa vurdu

Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələrin cüdo üzrə dünya çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi mundialda 1 qızıl və 1 gümüş medal qazanıb.

Son yarış günündə Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb.

Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olmuşdu.

Beləliklə, komandamız bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında beşinci yeri tutub.