Avropa çempionatı start götürür: Cüdoçularımız mübarizəyə başlayır

  Avropa çempionatı start götürür: Cüdoçularımız mübarizəyə başlayır

Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə 6 çəki dərəcəsində 10 cüdoçumuz tatamiyə çıxacaq.

Azərbaycan qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə fərdi yarışlarda təmsil olunacaq.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Avropa çempionatı

Oğlanların mübarizəsi

-50 kq, 1/8 final

Nihad Ağayev - Levente Naqi / Aaron Coşua Keller cütünün qalibi ilə

Fərid Rzazadə - Armen Matevosyan / Dimitrios Qulos cütünün qalibi ilə

-55 kq, 1/16 final

Rza Xəlilli - Nikita Qutu

-55 kq, 1/8 final

İbrahim Talıbov - Noham Benkrouidem / Aleksandar Vuşev cütünün qalibi ilə

-60 kq, 1/16 final

Mehman Əsgərov - Narek Nahapetyan / Adam Kostoyev cütünün qalibi ilə

Qızların mübarizəsi

-40 kq, 1/8 final

Zəhra Quliyeva - Aviqayil Qat Mualem

Sunay Salamova - Kandela Kosta Kabana

-44 kq, 1/16 final

Pərvin Sevxanlı - Yelena Tanaçkov

Fatimə Abdullayeva - Silvia Kilaçkova

-48 kq, 1/8 final

Könül Eyvazlı - Jasmina Mantayeva / Mia Mari Beermann cütünün qalibi ilə