Azərbaycanın Olimpiya çempionları Daşkənd turnirində yarışacaqlar

 Azərbaycanın Olimpiya çempionları Daşkənd turnirində yarışacaqlar

Fevralın 27-dən martın 1-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində yarışacaq Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 10 çəki dərəcəsində 20 idmançı (13 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Kişilər arasında Yusif Əhmədov, Balabəy Ağayev, Turan Bayramov (hamısı 60 kiloqram), Nizami İmranov (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev, Zelim Kotsoyev (hər ikisi 90 kiloqram) yarışacaqlar.

Qadınların mübarizəsində Könül Əliyeva, Şəfəq Həmidova, Leyla Əliyeva (hamısı 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) yer alacaqlar.