Cüdoçularımız daha iki medal qazandılar - Avropa çempionatı

 Cüdoçularımız daha iki medal qazandılar - Avropa  çempionatı

Azərbaycanın yeniyetmə cüdoçularının İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərindəki Avropa çempionatında uğurlu çıxışları davam edir.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz ikinci yarış günündə daha iki medal qazanıblar.

Finala qədər irəliləyən Sadiq Məmmədov (73 kq) həlledici görüşdə bolqarıstanlı İvan Nikolçevə məğlub olaraq gümüş mükafat əldə edib.

İlkin Qarayev (66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsi üstələyib.

Xatırladaq ki, dünən cüdoçularımızdan Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qitə çempionu olub, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) bürünc medala yiyələniblər.