Fərhad Rəcəbli karyerasında 11-ci Avropa çempionluğunu qazandı

 Fərhad Rəcəbli karyerasında 11-ci Avropa çempionluğunu qazandı

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli növbəti titulunu qazanıb.

"Mediasport" xəbər verir ki, təcrübəli idmançı Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında qızıl medal əldə edib.

90 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası bütün rəqiblərinə qalib gələrək 11-ci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, Fərhad Rəcəbli həmçinin 12-qat dünya çempionudur.

Millimiz qitə birinciliyinə 30 cüdoçu ilə yollanıb.