Rüfət İsrail Premyer Liqasında cərimə zərbəsindən qol vurdu

Rüfət İsrail Premyer Liqasında cərimə zərbəsindən qol vurdu

Futbol üzrə İsrail Premyer Liqasında ikinci turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi “Hapoel” (Kiryat-Şmona) doğma meydanda “İroni” (Tveriya) ilə qarşılaşıb.

Matç meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

"Hapoel"in ikinci qolunu 72-ci dəqiqədə cərimə zərbəsindən Rüfət Abdullazadə vurub.

Startda meydana çıxan vinger 78-ci dəqiqədə əvəzlənib.