Mahir 45 dəqiqəyə "Ayntraxt"ın qapısına 3 qol vurdu - VİDEO

Mahir 45 dəqiqəyə "Ayntraxt"ın qapısına 3 qol vurdu - VİDEO

Almaniya 2-ci Bundesliqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" 34-cü turu səfərdə keçirib.

Miroslav Klozenin baş məşqçisi olduğu komanda Braunşveyqdə "Ayntratx"la qarşılaşıb.

Bugünlərdə düşərgədən ayrılacaq 28 yaşlı forvard qarşılaşmanın ilk hissəsində het-triklə yadda qalıb.

Mövsümdə vurduğu qolların sayını 10-a çatdıran hücumçu 4:1 hesablı qələbədə böyük pay sahibi olub.