Azərbaycanlıların dueli baş tutmadı, Vüsal 3 xala sevindi

Azərbaycanlıların dueli baş tutmadı, Vüsal 3 xala sevindi

Futbol üzrə Türkiyə 1-ci Liqasında azərbaycanlı futbolçuların dueli baş tutmayıb.

"Mediasport" xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Çorum" 28-ci tur çərçivəsində Vüsal İsgəndərlinin heyətində çıxış etdiyi "Boluspor"la qarşılaşıb.

Diniyev görüşü kənardan izləyib, İsgəndərli isə meydana 82-ci dəqiqədə daxil olub.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Çorum" 39 xalla 10-cudur, qələbə sayəsində rəqibini keçən "Boluspor" 41 xalla 7-ci pilləyə yüksəlib.