Nazir "Sabah" - "Barselona" oyununu stadiondan izləyəcək
Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" görüşünü arenadan canlı izləyəcək.
"Mediasport" xəbər verir ki, diplomat bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib:
"Bu axşam futbol matçı keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və "Sabah"a azarkeşlik edəcəyik".
O, Azərbaycan klubunun qələbəsinə inandığını ifadə edib.
Qeyd edək ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Litvadandır.

