Çempionlar Liqasının səhifəsi Bakının fonunda paylaşım etdi

Çempionlar Liqasının səhifəsi Bakının fonunda paylaşım etdi

UEFA Çempionlar Liqasının sosial şəbəkə hesablarında bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” oyunu ilə bağlı maraqlı paylaşım edilib.

"Mediasport" xəbər verir ki, paylaşılan fotoda Bakının simvollarından olan Alov qüllələri və Dənizkənarı Milli Park ərazisindəki attraksionlar əks olunub.

Şəklin üzərində hər iki klubun loqosu yerləşdirilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci tur matçı saat 21:45-də start götürəcək.