"Qarabağ"ın futbolçusu ölkəsinin yığmasında 1 nömrəli oyunçu oldu
"Qarabağ"ın futbolçusu Marko Yankoviç şərəfini qoruduğu Monteneqro milli komandasının heyətində fərqlənib.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Mirko Vuçiniçin baş məşqçiliyi dönəmində yığmada keçirdiyi rəsmi oyunlarda ən çox qol vəziyyəti yaradan futbolçu olub.
O, 15 belə epizod yaradıb. Məlumatı Monteneqro Futbol Assosiasiyası paylaşıb.
Yankoviç həmçinin uğurlu driblinqlərin sayına görə də liderdir. 8 aldadıcı fintlə komanda yoldaşı Vasiliye Aciçlə birlikdə 1-ci sıranı bölüşür.
Xatırladaq ki, Mirko Vuçiniç 19 sentyabr 2025-ci ildən yığmanın baş məşqçisidir.
Komanda onun rəhbərliyi altında 13 oyun keçirib - 9 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət.
Yankoviçə gəlincə, millidə 2016-cı ildə Türkiyə yığması ilə qarşılaşmada debüt edən futbolçu indiyədək ölkəsinin forması ilə 67 dəfə meydana çıxıb, 8 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

