Benyamin Netanyahu UEFA-ya Qalatasaraydan şikayət ünvanladı
İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin "Qalatasaray" klubundan UEFA-ya şikayət məktubu ünvanlayıb.
"Mediasport" xəbvər verir ki, diplomat İstanbul nəhənginin Çempionlar Liqasında keçirdiyi ev oyunlarında Fələstinə dəstək göstərilməsinə görə cəzalandıırlmasını tələb edib.
Bu barədə "cim-bom"un prezidenti Dursun Özbek məlumat paylaşıb.
O bildirib ki, kluba bugünlərdə Avropa futbol təşkilatından məsələ ilə bağlı şifahi xəbərdarlıq daxil olub.
UEFA-nın "Qalatasaray"a növbəti belə hal olacağı təqdirdə güzəştə getməyəci iddia edilib.
Qeyd edək ki, Türkiyə təmsilçisinin turnirin Liqa mərhələsinin "Ştuttqart"la ev qarşılaşmasında arenada Fələstinə çox sayda dəstək pankartları açılmışdı.

