"Sabah" UEFA Gənclər Liqasında "Barselona" ilə üz-üzə - YENİLƏNİR

"Sabah" UEFA Gənclər Liqasında "Barselona" ilə üz-üzə - YENİLƏNİR

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası bu gün Gənclər Liqasında növbəti matçına çıxacaq.

"Mediasport" xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşacaq.

Masazır stadionunda baş tutacaq görüş Bakı vaxtilə saat 15:00-da start götürəcək.

Xatırladaq ki, "bayquşlar" turnirdə əvvəlki 4 oyunun hamısında uduzublar və 0 xalla sonuncu - 36-cı sırada qərarlaşıblar.