UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsi start götürdü

UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsi start götürdü

UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

Finlandiyada reallaşan "KuPS" - "Lex" qarşılaşmasını Əliyar Ağayevin rəhbərliyində azərbaycanlı hakimlər idarə ediblər.

Təmsilçimiz 12-ci dəqiqədə meydan sahiblərinin futbolçusuna birbaşa qırmızı vərəqə verərək "suomi"ləri azlıqda qoyub.

Türkiyə klubu "Samsunspor" Şimali Makedoniyada qələbə qazanıb.

Cavab matçları fevralın 26-da baş tutacaq.


UEFA Avropa Konfrans Liqası. Pley-off mərhələsi. İlk oyunlar


"Zrinski" (Bosniya) – "Kristal Pelas" (İngiltərə) 1:1

"Noah" (Ermənistan) – AZ (Niderland) 1:0

"Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə) 1:1

"KuPS" (Finlandiya) – "Lex" (Polşa) 0:2

"Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya) 0:3

"Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə) 0:1

"Drita" (Kosovo) – "Çelye" (Sloveniya) 2:3

"Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya) 0:1