Azərbaycan klubu avrokubokda bu dəfə Türkiyə klubuna məğlub oldu

Azərbaycan klubu avrokubokda bu dəfə Türkiyə klubuna məğlub oldu

Azərbaycanı UEFA Regionlar Liqasında təmsil edən "Zəngəzur" klubu qrupda ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 7-ci qrupda yer alan AFFA Region Liqasının son qalibi Türkiyənin "İstanbul" klubu ilə üz-üzə gəlib.

Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Yarış Türkiyənin Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunur.

"Zəngəzur"un son dueli noyabrın 27-də Rumıniyanın "Karpatians" kolektivi ilə olacaq.

Xatırladaq ki, komandamız ilk turda Polşanın "Dolnoşlyonski" klubuna 0:12 hesabı ilə uduzmuşdu.