"Neftçi" 2025-ci ildə 35 milyon manata yaxın gəlir əldə edib

"Neftçi" 2025-ci ildə 35 milyon manata yaxın gəlir əldə edib

"Neftçi" 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın ümumi gəliri 34 milyon 779 min manat təşkil edib.

2024-cü ildə bu göstərici 28 milyon 251 min manat olub.

Sponsorluq və reklam gəlirləri 5 milyon 736 min manat təşkil edib.

Sair gəlirlər 24 milyon 312 min manat səviyyəsində qeydə alınıb.

Bilet satışından isə cəmi 86 min manat gəlir əldə olunub.

Xərclər bölməsində əməkhaqqı və mükafatlara 20 milyon 484 min manat ayrılıb.

Sair xərclər 10 milyon 920 min manat təşkil edib.

Qadın futboluna 134 min manat xərclənib.

Agentlərə ödənilən məbləğ isə 617 min manat olub.