PFL Premyer Liqada 2 matçın başlanacağı vaxtı dəyişdirdi

Azərbaycan Premyer Liqasının 25-ci turunun iki oyununun vaxtı dəyişdirilib.
“Mediasport” xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq 4 mart tarixdə baş tutacaq “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib.
Hər iki qarşılaşma əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.