Qısaboylu futbolçuların dünya çempionatında əlbəyaxa dava oldu

 Qısaboylu futbolçuların dünya çempionatında əlbəyaxa dava oldu

Mərakeşin paytaxtı Rabatda keçirilən minifutbol üzrə qısaboylu futbolçular arasında dünya çempionatında xoşagəlməz hadisə yaşanıb.

"Mediasport" xəbər verir ki, qrup mərhələsinin Mərakeş - Kolumbiya qarşılaşması futbolçular və məşqçilər arasında kütləvi qarşıdurma ilə yadda qalıb.

1:1 hesabı ilə başa çatan görüşdə tərəflər arasında mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.

Təhlükəsizlik əməkdaşları insidentə müdaxilə edərək iştirakçıları ayırmağa çalışıblar.

Qeyd edək ki, turnirdə yaşı 14-dən yuxarı, boyu əsasən 140 santimetrdən çox olmayan idmançılar mübarizə aparırlar.

Hər komandaya boyu 149 santimetrədək olan iki futbolçunu da meydana buraxmağa icazə verilir.

Yarışın xüsusiyyətlərinə uyğun olaraq qapıların hündürlüyü də standart minifutbol qapılarından 30 santimetr aşağıdır.

Yarış Beynəlxalq Qısaboylu Futbol Federasiyası (FİFTB - İnternational Short Stature Football Federation) tərəfindən keçirilir.