Premyer Liqada "Azərbaycan derbisi" nə doğru: STATİSTİKA
                                Bu həftə Premyer Liqada "Azərbaycan derbisi" baş tutacaq.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.
*Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.
*Komandaların İlk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.
*Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.
Azərbaycan derbisində ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur - 9 oyun (02.05.2023-dən indiyədək davam edir).
Komandalar arasında ən uzun heç-heçə seriyası 2 dəfə qeydə alınıb - 3 oyun (12.02.1995-06.03.1996 və 25.11.2007-08.11.2008). “Neftçi”nin ən uzun qələbə seriyasından 21 il ötüb - 3 oyun (11.07.2003-05.12.2004).
Derbidə ən uzun qələbəsiz seriya “Neftçi”nin passivindədir - 16 oyun (19.05.2021-dən indiyədək davam edir). Ən uzun heç-heçəsiz seriya 10 oyun olub (20.09.2020-02.12.2022).
“Qarabağ”ın ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994-11.12.1996, 22.08.2005-08.11.2008)
Ən uzun qol seriyası “Qarabağ”ın aktivindədir - 16 oyun (12.09.2021-dən indiyədək davam edir). “Neftçi”nin ən uzun qol seriyası 6 oyundan ibarətdir (11.07.2003-16.02.2006).
Hər iki klubun ən uzun qolsuz seriyaları 5 oyun davam edib – “Qarabağ” (16.02.2006-17.05.2008), “Neftçi” (26.04.2009-15.05.2010 və 04.05.2024-indiyədək).
Qeyd edək ki, Premyer Liqanın XI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçı noyabrın 11-də "Azərsun Arena"da, saat 18:44-də start götürəcək.
                        