Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ"ı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında "Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq münasibətilə təbrik edib.
"Mediasport" həmin paylaşımı təqdim edir:
"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
"Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"