Avrokuboklarda "Neftçi"nin tarixinə düşən futbolçu ilə yolları ayırdılar

Avrokuboklarda "Neftçi"nin tarixinə düşən futbolçu ilə yolları ayırdılar

“Neftçi”də növbəti ayrılıq rəsmiləşib.

"Mediasport" xəbər verir ki, paytaxt klubu yetirməsi İsmayıl Zülfüqarlı ilə vidalaşıb.

"Ağ-qaralar" yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Qeyd edək ki, əsas komandada 2019/2020 mövsümündə debüt etmiş Zülfüqarlı "Neftçi"də 67 rəsmi oyun keçirib, 4 qol vurub.

O, klubun heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.

Zülfüqarlı son iki mövsümü icarə əsasında "Turan Tovuz"da keçirib.