"Qalatasaray" "Liverpul"a qalib gəldi, "Kayrat" darmadağın edildi

"Qalatasaray" "Liverpul"a qalib gəldi, "Kayrat" darmadağın edildi

Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.

Azərbaycanın yarışda yeganə komandası "Qarabağ"ın rəqiblərindən "Çelsi" "köhlən atlar"ın ilk turda səfərdə məğlub etdiyi "Benfika" ilə qarşılaşıb.

Digər rəqiblərimizdən "Ayntraxt" Madriddə "Atletiko"ya böyük hesabla uduzub, "Ayaks" isə Fransada darmadağın edilib.

Qardaş ölkə təmsilçilərindən "Qalatasaray" İstanbulda "Liverpul"a qalib gəlib, "Kayrat" Astanada darmadağınla üzləşib.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 2-ci tur


"Kayrat" (Qazaxıstan) - "Real" (Madrid, İspaniya) 0:5

"Atalanta" (İtaliya) - "Brügge" (Belçika) 2:1

"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0

"Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya) 1:0

"Atletiko" (Madrid, İspaniya) - "Ayntraxt" (Almaniya) 5:1

"Budö Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) 2:2

"Marsel" (Fransa) - "Ayaks" (Niderland) 4:0

"Pafos" (Kipr) - "Bayern" (Almaniya) 1:5

"İnter" (İtaliya) - "Slaviya" (Çexiya) 3:0