Olimpiadada iştirak edəcək hər idmançıya 10 min dollar veriləcək

Olimpiadada iştirak edəcək hər idmançıya 10 min dollar veriləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında yeniliyə imza atacaq.

"Mediasport" xəbər verir ki, olimpiadada yarışacaq hər bir idmançı 10 min ABŞ dolları məbləğində “Gələcək naminə hazırlıq” Olimpiya qrantı əldə edəcək.

Olimpiadalar tarixində ilk olacaq bu qərar BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən 146-cı sessiyasında açıqlanıb.

Təşəbbüs idmançılara uzunmüddətli idman səylərində və ya karyera keçidində dəstək vermək üçün hazırlanmış strateji proqramın tərkib hissəsi kimi qeyd olunub.

BOK hazırda qrant üçün müraciət və çatdırılma mexanizmi üzərində işləyir.

Xatırladaq ki, Yay Olimpiya Oyunları 2028-ci ildə iyulun 14-dən 30-dək baş tutacaq.