Qara Qarayevdən vida paylaşımı

Qara Qarayevdən vida paylaşımı

"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayev sosial şəbəkədə paylaşım edib.

"Mediasport" xəbər verir ki, millimizin sabiq üzvü Naxçıvan təmsilçisinə təşəkkür mesajı paylaşıb.

"Bütün rəhbərliyə, məşqçilər və həkim heyətinə, komanda yoldaşlarımın hamısına bu müddətdə mənə göstərdikləri hörmət və diqqətə görə təşəkkür edirəm.

Komandaya növbəti ildə uğurlar arzulayıram. Hər şey üçün çox sağ olun" - deyə o, qeyd edib.

Xatırladaq ki, 33 yaşlı futbolçu klub rəhbərliyinə komandadan getmək istədiyini bildirilib, dünən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.