Lider mövsümdə ilk xal itkisini autsayderlə ev matçında yaşadı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 6-cı turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, 5 turun hamısında qələbə qazanan lider "Şirvan" gözlənilmədən evində - autsayder "Difai" ilə görüşün son saniyələrində qol buraxaraq xal itirib.
Fürsətdən maksimum yararlanan "Qaradağ Lökbatan" qələbə ilə aradakı fərqi minimuma endirib.
İddialılardan "Marafon" da turu 1 xalla başa vurub.
Azərbaycan 2-ci Liqası. 6-cı tur
“Qaradağ Lökbatan” – “Zəngəzur” 4:0
“Şəki” – “Şəmkir” 0:5
"Kür-Araz” – “Ağstafa Gəncləri” 2:4
“Hypers” – “Marafon” 1:1
“Ağdaş” – “Dinamo” 0:4
"Şirvan” – “Difai” 3:3

