"İmişli"də növbəti ayrılıq - RƏSMİ

"İmişli"də növbəti ayrılıq - RƏSMİ

"İmişli" daha bir futbolçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu qapıçısı Andrey Sinenka ilə vidalaşıb.

O, 2025/2026 mövsümündə əyalət təmsilçisinin heyətində ümumilikdə 27 oyuna çıxıb, 35 qol buraxıb və 9 matçda qapısını toxunulmaz saxlayıb.

"İmişli" buna qədər Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Hüseynəli Quliyev, Rafael Vieqaş və Jorj Kaşkilya (baş məşqçi) ilə vidalaşıb.