Bölgə klubunda yeni müqavilə

  Bölgə klubunda yeni müqavilə

"İmişli" Tuncay Yusifli ilə müqavilənin müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, müdafiəçi ilə 2+1 illik yeni sözləşmə imzalanıb.

Bölgə təmsilçisi Tuncayı 2025-ci ilin avqustunda "Sabah"dan transfer edib.

O, cari mövsüm "İmişli"nin heyətində bütün turnirlər daxil olmaqla, 7 oyuna çıxıb.