"Məqsədimiz növbəti mərhələyə adlamaqdır" - "Neftçi"nin rəqibi

"Məqsədimiz növbəti mərhələyə adlamaqdır" - "Neftçi"nin rəqibi

"Güclü rəqibə qarşı oynayacağımızı başa düşürk. "Neftçi" yaxşı komandadır. Oyunun əhəmiyyətini də dərk edirik".

"Mediasport" xəbər verir ki, bu sözləri Minsk "Dinamo"sunun baş məşqçisi Aleksandr Şaqoyko deyib.

Mütəxəssis bu axşam UEFA Avropa Konfrans Liqasının 2-ci turu çərçivəsində üz-üzə gələcəkləri "Neftçi" ilə matçdan öncə fikirlərini bölüşüb.

O, qarşılaşmaya ciddi yanaşdıqlarını qeyd edib:

"Grüşə yaxşı hazırlaşmışıq. "Neftçi"nin səviyyəsi yüksəkdir. Cütün taleyi 2 oyunda həll olunacaq.

Rəqib kombinasiyalı futbol sərgiləyir. Bir sözlə, "Neftçi" haqda təəssüratlarım yüksəkdir. Oyuna qədər şanslar hər zaman bərabərdir.

Bu dəfə də belə olacaq. Təbii ki, bizim məqsədimiz var və onun üçün çalışacağıq. Məqsədimiz növbəti mərhələyə adlamaqdır".

Xatırladaq ki, bu gün "Palms Sports Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.

Cavab görüşü iyulun 30-da Bolqarıstanda olacaq.