Premyer Liqa: "Qarabağ" - "Turan Tovuz" oyununun vaxtı açıqlandı

Premyer Liqa: "Qarabağ" - "Turan Tovuz" oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyun cədvəli müəyyənləşib.

"Mediasport" xəbər verir ki, tur 4 günü əhatə edəcək.

Turun "Qarabağ"la "Turan Tovuz" arasında keçiriləcək mərkəzi qarşılaşması mayın 4-də baş tutacaq.

Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Azərbaycan Premyer Liqası. 30-cu tur


2 may(şənbə)

“Kəpəz” – “Sumqayıt”

Yevlax şəhər stadionu, 16:00

“Araz-Naxçıvan” – “İmişli”

“SOCAR Polymer Arena”, 18:30


3 may (bazar)

“Şamaxı” – “Sabah”

Şamaxı şəhər stadionu, 16:00

“Zirə” – “Qəbələ”  

Zirə İK stadionu, 18:30


4 may (bazar ertəsi)

“Qarabağ” – “Turan Tovuz”

T.Bəhramov adına Respublika stadionu, 19:30 


5 may (çərşənbə axşamı)

“Karvan-Yevlax” – “Neftçi” 

Yevlax şəhər stadionu, 16:00