AFFA İntizam Komitəsi Premyer Liqanın 3 komandasını cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 komandasını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 3 komandasının cərimələri açıqlanıb.

"Karvan-Yevlax" 18-ci turun "Sumqayıt"la oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğu üçün1000 manat ödəyəcək.

"Kəpəz" də "Şamaxı" ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.

"Turan Tovuz" isə "Qarabağ"la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.