"Qarabağ"ın "Çelsi" ilə oyununun biletləri sabah satışa çıxarılacaq

 "Qarabağ"ın "Çelsi" ilə oyununun biletləri sabah satışa çıxarılacaq

Noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - "Çelsi” (İngiltərə) görüşünün biletlərinin satışa çıxarılacağı tarix açıqlanıb.

"Mediasport" xəbər verir ki, biletlər oktyabrın 29-u, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün standart biletlərinin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN-dir.

VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.