"Qarabağ" bu satışdan 1 milyon manata yaxın vəsait əldə etdi
"Qarabağ"ın Kris Kuakunun "Sarpsborq"a satışından əldə etdiyi məbləğ müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu keçidin asan baş tutmasına mane olmasa da, afrikalı yarımmüdafiəçini havayı satmayıb.
Məlumata görə, Norveçin Yüksək Liqa təmsilçisi transfer üçün ağdamlılara 500 min avro (972,650 manat) ödəyib.
Nüfuzlu "Transfermarkt" portalı da kotdivuarlının dəyərini bu qədər göstərib.
Xatırladaq ki, Azərbaycana ötən yay Portuqaliyanın "Mafra" klubundan gəlmiş Kuakunun "atlılar"la müqaviləsi 2026-cı ilin iyununa qədər idi.
